Sabahdan qüvvəyə minən qadağalar maşın bazarına necə təsir edəcək?

Sabahdan qüvvəyə minən qadağalar maşın bazarına necə təsir edəcək?
Yaxın günlərdə avtomobil bazarında canlanma gözlənilir.

Gundeminfo.az Xezerxeber.az-a istinadla xəbər verir ki, bunu avtomobil məsələləri üzrə ekspert Sərxan Qədirov deyib.
O bildirib ki, taksi fəaliyyəti ilə bağlı qadağalar qüvvəyyə minəndən sonra alıcı aktivliyi müşahidə olunacaq.
Ekspertin sözlərinə görə, avtomobil almaq istəyən şəxslər nəqliyyat vasitələrinin daha da ucuzlaşacağını düşünürlər:
“Bazara satışa çıxarılacaq taksi xidməti üçün gündəlik istifadədə olan avtomobillər nisbətən ucuz qiymətə təklif oluna bilər”.
Sərxan Qədirov deyir ki, qadağadan sonra taksi fəaliyyətini davam etdirmək üçün yeni avtomobil almaq istəyənlərin də sayında artım müşahidə olunacaq. Bu da qiymətlərə təsirsiz ötüşməyəcək.
Ekspert əlavə edib ki, iyulun 1-dən sonra köhnə avtomobillərin qiymətlərində kəskin uculaşma proqnozlaşdırılmır.
Qeyd edək ki, sabahdan etibarən Azərbaycanda taksilər yeni qaydalarla fəaliyyət göstərməlidirlər. Belə ki, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
139 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...