"Taksi qıtlığı yaşanacaq, qiymətlər kəskin qalxacaq" - Ekspert

"Taksi qıtlığı yaşanacaq, qiymətlər kəskin qalxacaq" -

"Taksi fəaliyyətində qiymətlər tənzimlənməlidir. Çünki taksi fəaliyyəti ilə məşğul olan şirkətlər həddən artıq müştəri ititib".

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Elmədin Muradlı deyib.

Ekspert bu məsələdə hər hansı mexanizmin olmadığını da xatırladıb:

"Yalnız ötən il müəyyən təkliflər verildi ki, qiymətlərin minimal həddi müəyyənləşdirilsin, ən aşağı qiymət 2 manat 50 qəpik olsun. Ondan aşağı qiymət mümkün deyil, çünki sürücülərin çoxsaylı şikayətləri var idi. Bildirilirdi ki, sürücülər avtobus qiymətinə işləyir. Bu problemin həlli ilə bağlı addım atıldı. Başqa hər hansı bir göstəriş yoxdur. Amma bu gün vəziyyət başqadır. Zərurət yaranarsa, gələcəkdə mexanizmləri bir daha nəzərdən keçirilə və bu məsələyə hər hansı formada baxıla bilər. Hazırda isə qiymətlərlə bağlı yenilik nəzərdə tutulmur".

Elməddin Muradlı hazırda qiymətlərin tənzimlənməsinə ehtiyac yarandığını vurğulayıb:

"Bu tənzimlənməni şirkətlər özü etməlidir. Qiymətlərin belə bahalaşması yaxşı nəsə vəd etmir. Təlabat, müştərilər azalacaq və şirkətlər qazanc əldə etməsələr, özləri qiymətlərini tənzimləyəcəklər. Düzdür, fantastik azalma gölənilmir. Amma hər halda ortaq mövqe qoyulmalıdır. İndi bir boşluq yaranıb deyə qiymətləri qaldırıblar. Bakıda 70 min civarında taksi sürücüsü var idi. Qərarlardan sonra onların sayı xeyli azalacaq".

Ekspert bunun səbəbini belə izah edir:

"Bu gün 70 min sürücüddn 24 mini sıradan çıxıb. Sertifikat alanlardan da cəmi 7 mini bütün sənədlərini qaydaya salaraq qanuni taksi sürücüsü kimi işə başlayıb. İyul ayının 1-dən də bu sahədə ciddi tədbirlərin görülməsi nəzərdə tutulur, hər hansı güzəşt də olmayacaq. Cərimələnmə bu qayda-qanunu bərqərar edəcək. Sürücülər nə qədər çalışsalar da, bu rəqəmin 30 mini keçməyəcəyini düşünürəm. Proses ona doğru gedir. Belə olan halda qiymətin müəyyən mənada enəcəyini gözləyirik. Bir qismi də ümid edir ki, dövlət tərəfindən hər hansı addım atılacaq, köhnə qaydada işləyəcəklər. Amma bunu heç kim rəsmi qaydada deməyəcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
126 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...