Boliviyada dövlət çevrilişinə cəhd – Nə məlumdur?

  Boliviyada dövlət çevrilişinə cəhd –
İyunun 25-də Boliviyada ordu komandiri vəzifəsindən uzaqlaşdırılan general Xuan Xose Zuniqa istefa verməkdən imtina edib və iyunun 26-da ona sadiq hərbçilər zirehli texnika ilə La Pas şəhərində hökumət binasının qarşısındakı meydanı zəbt edib.

Yeniavaz.com “Boliviya TV”yə istinadla xəbər verir ki, o, demokratiyanı bərpa etməyi və siyasi məhbusları, o cümlədən 2021-ci ildə çevriliş ittihamı ilə həbs edilən keçmiş prezident Janin Anyesi azad etməyi tələb edib.

Hadisə zamanı Boliviya Prezidenti Luis Arse və nazirlər binada olub. Üsyançıların saraya uğursuz basqınından sonra o, xalqa müraciət edib və vətəndaşları demokratiyanı müdafiə etməyə çağırıb.

Boliviya hökuməti və parlament binalarındakı işçilər təxliyə edilib.

Boliviya Prezidenti Luis Arse hərbçilərin hərəkətlərini dövlət çevrilişinə cəhd adlandırıb və o, general Zuniqanın yerinə ordunun baş komandanı vəzifəsinə Xose Vilson Sançes Velaskesi təyin edib. Yeni ordu komandiri bütün hərbi qulluqçulara öz hissələrinə qayıtmağı əmr edib. Bundan sonra hərbçilər meydanı tərk etməyə başlayıblar.
Mövcud məlumata görə, Arce silahlı qüvvələrin bütün komandanlığını tamamilə dəyişib.

Boliviya Baş Prokurorluğu dövlət çevrilişinə cəhddən sonra cinayət işi açıb. Daha sonra Zuniqa Baş Prokurorluğun göstərişi ilə saxlanılıb. O, terrorizmdə ittiham olunub. Dövlət çevrilişi ilə bağlı saxlanılan ikinci şəxs isə Boliviya Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Xuan Arnes Salvador olub.

Boliviyada dövlət çevrilişinə cəhd zamanı ən azı 9 nəfər yaralanıb. Bu barədə ölkənin daxili işlər naziri Karlos del Kastilyo “Boliviya TV”də yayımlanan mətbuat konfransında məlumat verib.


  Boliviyada dövlət çevrilişinə cəhd –
  Boliviyada dövlət çevrilişinə cəhd –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
255 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...