Qarabağ Universitetinin tələbələri nədən narazıdır?
Sosial şəbəkələrdə Qarabağ Universitetinin tələbələri narazılıqlarını ifadə etməyə başlayıblar.
Gundeminfo.az xəbər verir ki, sosial şəbəkələrdə "Azərbaycan tələbələri" adlı səhifədə Universitetdə təhsil alan tələbələr narazılıqlarını yazıblar.
Tələbələr qeyd edirlər ki, Universitetə gəllməzdən əvvəl tələbələrə 100-150 manat əlavə təqaüdün veriləcəyini vəd ediblər.
"Bildiyiniz kimi bu il SDU-da 500+ bal toplayan tələbələrə 200 manat, Azərbaycan Texnologiya Universitetində 200 manat, AZMİU 150 manat, AZTU 100 manat əlavə təqaüd verir. Lakin Qarabağ Universiteti 500+ bal toplayanlara 100-150 manat əlavə təqaüd vəd etsə də 50 manat verir" deyə tələbələr qeyd ediblər.
Sosial şəbəkələrdə narazılıq edən təlləbələr eyni zamanda onlar üçün yaradılan yaşayış şərtlərindən də narazıdırlar.
Xüsusilə də yataqxanada məskunlaşmış tələbələr qeyd edirlər ki, onlara yemək bişirməyə də icazə verilmir. Yataqxanaya təhlükəsizlik səbəbilə qaz çəkilməyib. Eyni zamanda tələbələrə elektrik sobasından da istifadə etməyə icazə verilmir.
Yataqxananın yeməkxanasında isə qiymətlər kifayət qədər bahadır. Aylıq 210 manatlıq ödənişlə yeməkxanada qidalanma təklif edilir.
Tələbələr təklif edir ki, onlara verilən təqaüd heç qidalanmaya çatmır. "Ya öz yeməyimizi bişirməyə bizə şərait yaradılsın, ya da təqaüdümüz artırılsın" deyə tələbələr qeyd edir.
Mövzu ilə bağlı Qarabağ Universitetinin də rəsmi mövqeyini dərc etməyə hazırıq.
136 dəfə oxundu