“A-Qroup”da geri sayım – Yığımları 1 milyon manata yaxın azalıb
Azərbaycanda daha çox tibbi sığorta üzrə ixtisaslaşmış “A-Qroup Sığorta” şirkətinin yığımları 2024-cü ilin ilk beş ayında azalmaqda davam edib. Sığorta şirkəti bu ilin yanvar-may aylarında 8,38 milyon manat yığım əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 9% və ya 840 min manat azdır. 2023-ci ilin ilk beş ayında şirkət 9,2 milyon manat sığorta haqqı toplaya bilmişdi.
Yığımların azalması ilə paralel sığorta şirkəti müştərilərinə daha az ödəniş verməyə başlayıb. Belə ki, “A-Qroup Sığorta”nın ödənişləri ilk beş ayda 4% və ya 244 min manat civarında azalaraq 5,8 milyon manata enib. Ötən ilin eyni dövründə bu rəqəm 6,05 milyon manat təşkil edib. Şirkətin yığımlarında ödənişlərə nisbətən daha çox azalma onun zərərliyinə, yəni ödəniş-yığım nisbətinə mənfi təsir edib.
“A Qroup”un zərərliliyi son bir ildə 65,6%-dən 69%-ə qədər yüksəlib. Yəni, şirkət ötən ilin yanvar-may aylarında topladığı sığorta haqqının hər 100 manatından 65,6 manatını ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 69 manata kimi artıb.
Sığorta şirkətinin nümayəndəsi Mehriban Atakişiyeva Yenisabah.az-a açıqlamasında bildirib ki, yığımlarda azalmanın səbəbi icbari sığorta xidmətinin dayandırılması ilə bağlıdır: “Biz “A Qroup” şirkəti olaraq icbari sığorta xidmətini dayandırmışıq. Yığımlarda ötən ilə nisbətən azalmanın səbəbi bununla bağlıdır. Ötən ilin may ayından etibarən belədir”.
Xatırladaq ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 005 750 manatdır. Səhmlər 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.
354 dəfə oxundu