Gömrük Komitəsinin sədri: “İrana gediş-gəlişə məhdudiyyət yoxdur”

Gömrük Komitəsinin sədri: “İrana gediş-gəlişə məhdudiyyət yoxdur”

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev son günlər bəzi KİV-lərdə Azərbaycandan İrana gediş-gəlişə məhdudiyyət qoyulması barədə dərc olunan yazılara münasibət bildirib.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu komitə sədri qeyd edib ki, iki ölkə arasındakı gömrük-keçid məntəqələrində buraxılışla bağlı heç bir məhdudiyyət yoxdur: “Nəzərinizə çatdırım ki, son vaxtlar Azərbaycandan İrana və əks tərəfə gedib-gələnlərin sayı artıb. Novruz bayramı günlərində təkcə Biləsuvar gömrük keçid məntəqəsinə hər gün 3 mindən yuxarı insan müraciət edib. Bu məsələlər tənzimlənir, məhdudiyyət qoyulmur. Xəstə insanların müalicə üçün İrana gedib-gəlməsinə də heç bir məhdudiyyət qoyulmur, insanlar rahat şəkildə gedib-gələ bilərlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...