Avropa Oyunları ərəfəsində metro yeganə nəqliyyat vasitəsi olacaq
I Avropa Oyunları ərəfəsində metro yeganə nəqliyyat vasitəsi olacaq. Avropa Oyunlarının seçilmiş xüsusi marşrut yollarında yalnız Avropa Oyunları iştirakçılarının istifadəsi üçün nəzərdə tutulan xüsusi zolaqlar ayrılacaq.
Bu zolaqlar mayın sonunda hazır olacaq. Digər nəqliyyat vasitələri üçün bu zolaqlardan istifadə qadağandır.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) inteqrasiya qrupunun bu gün keçirilən iclasında məlumat verilib.
Tədbirdə bildirilib ki, üzərində yarışın emblemi olacaq bu zolaqların çəkilməsinə sabahdan başlanacaq. Vətəndaşlara ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunacaq.
Nəqliyyat vasitələrinin parklanmasına da xüsusi nəzarət ediləcək. May ayının əvvəlindən etibarən iş vaxtının mərhələli qrafikə keçirilməsi tıxacların aradan qaldırılmasına kömək olacaq.
İritutumlu nəqliyyat vasitələri yalnız gecə şəhərə buraxılacaq. Nəqliyyat vasitələrinin üzərində xüsusi buraxılış vəsiqələri olacaq. Bu, taksilərə də aid ediləcək. Metro Avropa Oyunlarının keçiriləcəyi bütün obyektlərə getmir.
Bunun üçün 8 metro stansiyası yaxınlığında xüsusi mərkəz qurulacaq və burada ekspress avtobuslar işləyəcəklər ki, onlar azarkeşləri xüsusi zolaqları vasitəsilə maneəsiz obyektlərə aparacaq.
Müəyyən olunmuş ərazilərə yalnız VAPP-a (xüsusi buraxılış) malik olan nəqliyyat vasitələri (BEGOC nəqliyyatı yol polisi ilə birgə) daxil olub, park edə bilərlər.
1581 dəfə oxundu