Ermənistanda etirazlar başladı - avtobusda gediş haqqı 300 dram olacaq

Ermənistanda etirazlar başladı -
Ermənistanın paytaxtı İrəvanda 76 min nəfər ictimai nəqliyyatda gediş haqqının bahalaşmasına qarşı çıxıb.

“Report” yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağsaqqallar Şurasının üzvü İzabella Abqaryan jurnalistlərə məlumat verib.

İ.Abqaryan bildirib ki, daha əvvəl başlanmış imzatoplama sabiq mer və "Yeni Güc" partiyasının lideri Hayk Marutyanın təşkil etdiyi bugünkü aksiya zamanı davam edib.

"76 min imza Ağsaqqallar Şurasına seçkilərdə "Vətəndaş Müqaviləsi" fraksiyasının topladığı səslərdən daha çoxdur. Bir çox insan imza toplamada iştirak edə bilmədi və biz bunu bu gün davam etdirməyi qərara aldıq", - o bildirib.

Fevralın 1-dən İrəvanda ictimai nəqliyyat sisteminin islahatı çərçivəsində birdəfəlik biletin qiymətinin artırılmasını nəzərdə tutan yeni tarif sistemi tətbiq ediləcək.

Hakimiyyətin hesablamalarına görə, birdəfəlik gediş 144 drama başa gələcək, müxalifət isə qiymətin 300 drama qalxacağını proqnozlaşdırır.

H.Marutyan 2024-cü il noyabrın 4-də gediş haqqının əvvəlki kimi 100 dramda qalmasını tələb edərək imza toplamağa başlayıb.

Gundeminfo.az qeyd edir ki, hazırkı məzənnə ilə 100 dram 0.43 Azərbaycan manatı. 300 dram isə 1.28 Azərbaycan manatına bərabərdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
41 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...