ABŞ Fransanın səfiri geri çağırmaq qərarından təəssüfləndiyini bildirib

ABŞ Fransanın səfiri geri çağırmaq qərarından təəssüfləndiyini bildirib
ABŞ Fransanın AUKUS müqaviləsinin elan edilməsindən sonra səfirini Vaşinqtondan geri çağırmaq qərarından təəssüfləndiyini bildirib.

APA xəbər verir ki, bu barədə Reuters Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Bildirilib ki, Ağ Ev yaxın günlərdə fikir ayrılıqlarının aradan qaldırılması üçün çalışacaq.

Qeyd edək ki, Britaniya Baş naziri Boris Conson, ABŞ Prezidenti Co Bayden və Avstraliyanın Baş naziri Skott Morrison bu həftə yeni AUKUS müdafiə və təhlükəsizlik ortaqlığı elan edərək, Fransanın “Naval Group” şirkəti ilə sualtı qayıq müqaviləsindən çıxdıqlarını açıqlayıblar.

Xatırladaq ki, “Əsrin Müqaviləsi” adlandırılan 90 milyard dollarlıq (56 milyard avro) sözügedən sövdələşmə “Barracuda” tipli 12 hücum sualtı qayığının istehsalını tələb edirdi. Hərbi-siyasi tərəfdaşlıq çərçivəsində atom sualtı gəmilərinin inşasına kömək etməklə bağlı ABŞ və Böyük Britaniya ilə razılığa gələn Avstraliya analoji “Naval Group” müqaviləsini tərk edib.. Bu arada Fransanın xarici işlər naziri Le Drian Avstraliyanın qərarını “arxadan vurulan zərbə” adlandırıb. O, “Naval Group” müqaviləsinə xitam verilməsinə qəzəbləndiyini deyib. Rəsmi Paris həm Avstraliyadan, həm də ABŞ-dan açıqlama gözlədiyini bəyan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
892 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...