XİN: İran Qarabağla bağlı yanlışını düzəltdi – VİDEO

XİN: İran Qarabağla bağlı yanlışını düzəltdi –
İranın Səhiyyə Nazirliyinin koronavirusla əlaqədar yaratdığı “Mask” adlı tətbiqdə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yol verilmiş yanlışlıq artıq aradan qaldırılıb.

Bu barədə Axar.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib. O bildirib ki, ölkəmizin İrandakı səfirliyi bu məsələni İranın aidiyyəti qurumları qarşısında qaldırıb:

“İran tərəfi bu səhvi artıq düzəldib. Həmin tətbiqdə Azərbaycanın ərazisi artıq təhrif olunmamış şəkildə qeyd olunub”.

Nəqliyyat Rabitə Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova da saytımıza açıqlamasında bildirib ki, tətbiqdə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı müvafiq düzəlişlər edilib və artıq sözügedən ərazi "Qarabağ Respublikası" kimi qeyd edilmir.
XİN: İran Qarabağla bağlı yanlışını düzəltdi –

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin koronavirusla bağlı yaratdığı “Mask” adlı tətbiqdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi fars dilində “Qarabağ Respublikası” kimi təqdim olunmuşdu.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
647 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...