Dollar niyə yenidən bahalaşır? - ŞƏRH

Dollar niyə yenidən bahalaşır? -


Martın sonundan etibarən dollara tələbin artması müşahidə edilməkdədir. Bu özünü dünənki rəsmi kursda və eləcə də bu gün hərracın nəticələrində göstərdi.

Modern.az xəbər verir ki, bu haqda şərh verən iqtisadçı Vüqar Bayramov son 2 gündə valyuta bazarında dolların məzənnəsinin manata nisbətdə cüzi də olsa bahalaşdığını deyib:

“Bu da banklarda dollar satışının artması ilə əlaqədardır. Banklarda dollara olan tələb birbaşa hərrac məzənnəsinə və eləcə də rəsmi məzənnəyə təsir göstərməkdədir. Qeyd edək ki, bir sıra kommersiya bankları da dolların alış kursunu artıq artırıblar”.

Ekspertin sözlərinə görə, aprel ayında dövlət büdcəsinin investisiya istiqamətində xərcləmələr olacaqsa, o zaman dollara tələbin artması davam edəcək:

“Bütövlükdə, gələn aydan etibarən idxalın həcmində və eləcə də büdcə xərcləmələrində atımlar gözlənilir.
Bu isə xarici valyutaya tələbin artmasının davam etməsinə səbəb ola bilər. Aydındır ki, Mərkəzi Bank hərraclar vasitəsi ilə tələbi ödəməklə məzənnəyə təsir imkanlarını qoruyub saxlayır. Amma o da görünür ki, Mərkəzi Bank bu ilin yanvar ayından etibarən valyuta bazarının məzənnəyə təsir imkanlarını artırmaqla bazar məzənnəsini formalaşdırmağa çalışır. Bununla belə, hələlik manatın öz bazar dəyərini aldığını söyləmək mümkün deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
757 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...