Azərbaycan ABŞ və İsrailin vacib müttəfiqidir
Azərbaycan ABŞ və İsrailin vacib müttəfiqidir. Azərbaycanın ABŞ-dakı səfirliyinin "Amerikanın Əsas Yəhudi Təşkilatları Prezidentlərinin Konfransı (AƏYTPK)" ilə birgə bu ölkənin yeni seçilmiş prezidenti Donald Trampa məxsus oteldə keçirdiyi Hanukkah bayramı ilə bağlı tədbiri boykot edən yəhudi təşkilatlarının fəaliyyəti Azərbaycan, ABŞ və İsrail arasındakı münasibətlərə xələl gətirə bilər. Trend xəbər verir ki, bu barədə Amerika Sionist Təşkilatının prezidenti Morton A.Kleynin təşkilatın saytında dərc edilmiş bəyanatında deyilir.
Kleyn yazır ki, Azərbaycan yəhudilərə dost olan müsəlman ölkəsidir və burada yaşayan yəhudi əhalisinə yaxşı münasibət göstərilir. Bu həftə bu ölkəyə İsrailin baş naziri Benyamin Netanyahu da səfər edib. Dekabrın 14-ü Vaşinqtonda "Trump International Hotel"də keçirilmiş Hanukkah tədbirini boykot etməklə ABŞ-ın 11 yəhudi təşkilatı təkcə ABŞ və İsrail arasındakı münasibətlərə yox, həm də İsrail-Azərbaycan münasibətlərinə xələl gətirə bilər.
Kleynin sözlərinə görə, bu təşkilatlar Azərbaycandan üzr istəməlidir. Bəyanatda yazılıb: "Boykot edənlərin bayramın keçirilmə yeri ilə şikayətləri də yersizdir. Bu hotel Ağ Evə yaxın olduğu və Ağ Evdə təşkil olunan Hanukkah mərasiminə dəvət olunanların buraya gəlişinin rahatlığı üçün seçilmişdi".
974 dəfə oxundu