“Gələn il Laçın MDB-nin mədəniyyət paytaxtı olacaq” – Putin
Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin MDB sammitində bildirib.
Prezident qeyd edib ki, daha sonra estafet Meğriyə (Ermənistan), ondan sonra isə Molodeçnoya (Belarus) keçəcək:
“Biz hər il Birlik Mədəniyyət Paytaxtı seçirik və bu, bütün ölkələrimizin vətəndaşlarının böyük marağına səbəb olan canlı, yaradıcı və humanitar tədbirlər mərkəzinə çevrilir. İndi bu, Səmərqənddir və gələn il bizim təsdiqimizə təklif etdiyimiz layihə qərarına əsasən, estafeti Azərbaycanın Laçını, sonra 2026-cı ildə Ermənistanın Meğrisi, 2027-ci ildə isə Belarusun Molodeçnosu götürəcək”.
Putin həmçinin qeyd edib ki, MDB ölkələrində humanitar məkanlar dinamik inkişaf edir, elm və təhsil, mədəniyyət və turizm sahələrində tərəfdaşlıq dərinləşir:
“MDB Parlamentlərarası Assambleyasının fəaliyyəti əməkdaşlığın inkişafında böyük rol oynayır və bunu onun cari il iyulun 12-də Sankt-Peterburqda çox məhsuldar keçən növbəti iclası da təsdiqləyib”.
329 dəfə oxundu