3 gündür Naxçıvan atəşə tutulur - Erməniləri qızışdıran səbəb - ŞƏRH

3 gündür Naxçıvan atəşə tutulur -
Xəbər verdiyimiz kimi, iyunun 14-ü saat 07:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Qeyd edək ki, bu, son günlər erməni tərəfinin Naxçıvan istiqamətində atəşkəsi pozması artıq mütəmadi xarakter almağa başlayıb. Bu, nə ilə əlaqədardır?

Məsələ ilə bağlı Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, bu təxribatı təşkil edənlərin Ermənistan dövləti tərəfindən cəzalandırılması vacibdir.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan bu cür təxribatlar baş verəndə hər iki tərəf araşdırma aparması barədə razılıq əldə etmişdi:
"Yadınızdadırsa Talış istiqamətində erməni silahlı birləşmələri atəş açıb bir nəfəri yaralamışdılar. Azərbaycan bununla bağlı Ermənistana xəbərdarlıq etdi. Araşdırma apardılar və günahkarı tapıb cəzalandırdılar.

Mənə elə gəlir ki, Naxçıvan istiqamətində baş verən təxribata görə erməni tərəfinə məlumat vermək lazımdır ki, araşdırma aparsınlar, nizam-intizam yaratsınlar, dərəbəyliyə son qoysunlar. Hesab edirəm ki, burda heç bir faciə baş verməyib, Azərbaycan milli təhlükəsizliyinə zərər dəyməyib. Erməni ordusu təxribat və ya qəzəb məqsədilə əks tərəfə atəş açıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
156 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...