Azərbaycandan hərbi təhlükə var: şişirtməyin - Qriqoryan

Azərbaycandan hərbi təhlükə var: şişirtməyin -


Azərbaycan tərəfdən hər zaman hərbi təcavüz təhlükəsi var, lakin bu təhlükəni şişirtmək olmaz.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristina Qriqoryan parlamentdə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, münasibətlər normallaşana qədər bu təhlükə aktual olaraq qalacaq.

Ermənistanın təhlükəsizliyinə təhdidlərin bir neçə ölkədən gəldiyini deyən Qriqoryan konkret hansı ölkələrdən söhbət getdiyini açqılamayıb.

“Biz gündəlik olaraq bu riskləri təhlil edirik və baş nazirə məlumat veririk”, - Qriqoryan əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
278 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...