Azərbaycan üçün 4 ölkə müraciət etdi: Qərar dəyişəcək?
Azərbaycana qarşı sərgilənən qərəzli mövqe istər-istəməz AŞPA-ya ciddi zərbə vurur və bu zərbənin əks-sədası getdikcə artacaq. Artıq Türkiyə, Serbiya, Ukrayna, Gürcüstan, eyni zamanda Ərəb Parlamentinin sədri öz etiraz məktubunu göndərib. Başqa ölkələr də göndərmək niyyətindədir.
Bu sözləri Axar.az-a AŞPA-da ölkəmiz əleyhinə qəbul edilən qərarlara qarşı etiraz edən ölkələrin sayının artması haqqında danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Millət vəkili verilən qərarla Avropa Şurasının özünə böyük ziyan vurduğunu, Azərbaycanın milli maraqlar məsələsində güzəştə getməyəcəyini vurğulayıb:
“Ümumilikdə isə proses Avropa Şurasının nüfuzuna ciddi xələl gətirdi. Axı bura dialoq və qarşılıqlı əməkdaşlıq platforması kimi təqdim olunan beynəlxalq təşkilatdır. Ancaq onlar danışıq və sülhün tələb olunduğu regionunda dialoqdan, məsələləri araşdırmaqdan imtina etdilər. Deməli, bizi Azərbaycan əraziləri işğal altında və 1 milyondan artıq qaçqın və məcburi köçkünün olduğu halda dialoqa çağırırdınız? İndi isə bu məsələlər öz ədalətli həllini tapandan sonra kəskin addımlar atmağa və sanksiyalar qəbul etməyə qərar veribsiniz? Budur sizin mövqeyiniz? Bax, bu suallara Avropa Şurası özü cavab verməlidir. Nə qədər tez cavab verəcəksə, bu, bir o qədər təşkilatın artıq ciddi şəkildə çalxalanmış, öz yerindən oynadılmış və faktiki düşmüş nüfuzuna hansısa formada təsir göstərə bilər. Yox, bunu etməsə, öz-özünü daha da dərin quyuya salacaq. Ona görə ki, Azərbaycan öz fəaliyyətini davam etdirir. Yəqin ki, siz də cənab Prezidentin Münhen Təhlükəsizlik Konfransında iştirakını müşahidə etdiniz. Hamımız ölkə başçımızın qəbuluna düşmək üçün olan növbəni də gördük və bir neçə aydan sonra dövlətimiz dünyanın ən böyük tədbirlərindən hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Bütün sadaladığımız məsələlərə görə, AŞ təşkilat kiməsə lazım olub-olmadığını fikirləşməlidir. Əgər lazımdırsa, düzgün addımlar atsın. Təşkilatın öz-özünü məhv etmək qərarı varsa, biz bunun qarşısını ala bilmərik. Amma Azərbaycanın milli maraqlarına heç kim müdaxilə edə bilməz”.
Səməd Seyidov AŞPA-da ölkəmizə qarşı həyata keçirilən addımların öncədən planlaşdırılmış olduğunu qeyd edib:
“Ötən ilin aprel və oktyabr aylarında təşkilatda qəbul edilən qətnamələri nəzərdən keçirsək, onların qərəz, yalan və böhtanla dolu olduğunu görərik. Bunlar sadəcə ünvanı səhv saldılar. Elə bildilər ki, nə yazsalar, nə desələr, Azərbaycan sakitcə qulaq asacaq və dedikləri ilə oturub duracaq. İndi tamamilə fərqli Azərbaycanımız var - alnıaçıq, başını dik tutan və qüdrətli, qalıb xalqı olan!”
Qeyd edək ki, 22 yanvarda Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdıran AŞPA, eyni zamanda, nümayəndə heyətimizin etimadnaməsinin təsdiqlənib-təsdiqlənməməsi üçün Monitorinq Komitəsinə müraciət edib. Azərbaycan nümayəndə heyəti isə Monitorinq Komitəsinin cavabını gözləmədən 24 yanvarda bəyanat yayıb və AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Bundan sonra AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin səsvermə nəticəsində təsdiqlənmədiyini və bir il müddətində qurumdan uzaqlaşdırıldığını elan edib.
584 dəfə oxundu