“Navalnının işini davam etdirəcəyəm” – Həyat yoldaşının müraciəti

“Navalnının işini davam etdirəcəyəm” –
Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya sosial şəbəkələrdə müraciətlə çıxış edib.
Yeniavaz.com xəbər verir ki, o, müraciətində həyat yoldaşının işini davam etdirəcəyini bildirib.
“Mən Aleksey Navalnının işini davam etdirəcəyəm. Mən sizinlə bir yerdə ölkəmiz üçün mübarizəni davam etdirəcəyəm və mən sizi mənim yanımda olmağa çağırıram”, - deyə siyasətçinin həyat yoldaşı bildirib.
Yuliya Navalnaya tərəfdarlarını müharibəyə, korrupsiyaya və ədalətsizliyə qarşı mübarizəni davam etdirməyə çağırıb.
“Mən sizə Alekseyin sözləri ilə müraciət edirəm. Hansı ki, o bu sözlərə çox inanırdı: Az iş görmək ayıb deyil, heç bir iş görməmək ayıbdır. Özünü qorxmağa imkan vermək ayıbdır. Bizə hər bir imkandan istifadə etmək lazımdır. Müharibəyə qarşı, korrupsiyaya qarşı, ədalətsizliyə qarşı mübarizə aparmaq. Ədalətli seçkilər üçün, söz azadlığı üçün mübarizə aparmaq. Ölkəmizi özünə qaytarmaq üçün mübarizə aparmaq”, - deyə o bildirib.
Qeyd edək ki, Rusiya Federal Penitensiar Xidmətinin məlumatına görə, Aleksey Navalnı fevralın 16-da günortadan sonra gəzintidən sonra dünyasını dəyişib. Qohumları və vəkilləri hələ də onun meyitini görməyiblər.
İstintaq Komitəsi bildirib ki, Navalnının ölümünün istintaqı uzadılıb. Nə qədər vaxt aparacağı məlum deyil. Ölümün səbəbi hələ müəyyən edilməyib.
Rusiyada Navalnının xatirəsinə mitinqlərdə 400-dən çox adam saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
410 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...