“ABŞ Türkiyənin F-16 qırıcılarının satışı ilə bağlı tələbini təsdiqlədi”

“ABŞ Türkiyənin F-16 qırıcılarının satışı ilə bağlı tələbini təsdiqlədi”
“ABŞ Konqresi Ankaraya F-16 qırıcılarının satışı ilə bağlı razılaşmanı təsdiqləyib”.
Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumət iclasından sonra müvafiq bəyanatla çıxış edib.
Bildirilir ki, ABŞ-nin Ankaradakı səfiri Cefri Fleyk ötən bazar günü Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş F-16 təyyarəsi almasını Konqresin təsdiqlədiyini açıqlayıb.
Xatırladaq ki, Türkiyə bir neçə il əvvəl ABŞ-dən mövcud təyyarələri üçün 40 ədəd F-16 Block 70 qırıcısı və 80 ədəd Block 70 təkmilləşdirmə dəsti tələb etmişdi. ABŞ dövlət katibi Antoni Blinkenin daha əvvəl dediyi kimi, Konqresin bəzi üzvləri bu cür tədarükü Ankaranın İsveçin NATO-ya qəbulu üçün atacağı addımlarla əlaqələndirməyə çağırıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
249 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...