ATƏT PA 80-dən çox müşahidəçi göndərəcək

ATƏT PA 80-dən çox müşahidəçi göndərəcək
ATƏT-in Parlament Assambleyasından (PA) olan 80-dən çox müşahidəçi fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri üçün ölkəmizə gələcək.

Bu barədə ATƏT PA-dan məlumat verilib.

Qeyd olunub ki, bu, ATƏT PA-nın 1995-ci ildən bu yana Azərbaycanda onuncu seçki müşahidəsi olacaq.

ATƏT PA-nın müşahidəçi nümayəndə heyətinin rəhbəri ATƏT PA-nın vitse-prezidenti Daniela De Ridder (Almaniya), ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi əlaqələndiricisi və rəhbəri isə İqtisadiyyat və Ətraf Mühit Komitəsinin sədr müavini Artur Gerasimov (Ukrayna) olacaq.

“Biz prezident seçkilərinin demokratik prinsiplərə nə dərəcədə uyğun olduğunu, azad səsvermə prosedurlarının, ədalətli atmosferin, medianın əlçatanlığının və nəticələrin dəqiq işıqlandırılmasının təmin olunmaslna nəzarət üçün ATƏT DTİHB missiyası ilə sıx əməkdaşlıq edirik”, - D.De Ridder bildirib.//Report



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
495 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...