Azərbaycana 1,5 mlrd. dollar zərər NEFT FONDUNUN YANLIŞINA GÖRƏ

Azərbaycana 1,5 mlrd. dollar zərər

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) avro aktivləri 2015-ci ilin əvvəlindən dollar ekvivalentində 10%-dən çox ucuzlaşıb. Fondun investisiya portfelində bu ilin əvvəlində 33,9% paya malik olan bu aktivlər10,25 mlrd. avro təşkil edib. Əgər yanvarın əvvəlində dollar/avro məzənnəsi 1,21-ə USD/EUR-a bərabər idisə, hazırda məzənnə 1,07 USD/EUR-a düşüb. Nəticədə, ARDNF-in avroda təxminən 1,437 mlrd. dollar itirib.

"Report"un analitik qrupu xəbər verir ki, 2015-ci ilin əvvəlinə Neft Fondunun məcmu aktivləri 37,148 mlrd. dollar təşkil edib. Bunun 54,1%-i dollar, 33,9%-i avro aktivləri, qalanı isə Britaniya funt sterlinqi, Avstraliya dolları, Türkiyə lirəsi, Rusiya rublu, Koreya vonu və qızıla investisiya yatırılıb. Digər valyuta və qızıl cəmi aktivlərin 12%-nə (4,46 mlrd. dollar) bərabərdir.
Qeyd edək ki, funt sterlinq ümumi aktivlərin 4,8%-i təşkil edir. Britaniya valyutasının bu il dollara qarşı 4,5% ucuzlaşdığını nəzərə alsaq, görərik ki, ARDNF-in bu valyutada sərmyələri 81 mln. dollar dəyərdən düşüb.

Türk lirəsi ümumi aktivlərin 1,2%-ni təşkil edir. Türkiyə lirəsi dollara nəzərən ilin əvvəlindən 15,6% zəiflədiyinə görə, Fondun müvafiq aktivləri də 58 mln. dollar ucuzlaşıb.
Bununla yanaşı, bu il 7% bahalaşan Rusiya rublunda olan ARDNF bu aktivlər üzrə 33,5 mln. dollar qazanc əldə edib.
Digər valyutalarda olan aktivlər üzrə isə ciddi dəyişiklik müşahidə olunmayıb.

Eyni zamanda, Fondun qızıl ehtiyatları ümumi rezervlərin 3,1%-nə bərabərdir ki, dünya bazarında bu məhsulun cari ildə 1% bahalaşması nəticəsində qızıl aktivləri üzrə 11 mln. dollar mənfəət əldə olunub.

ABŞ valyutasının əksər xarici valyutalara qarşı mğhkəmlənməsi nəticəsində ARDNF-in məcmu aktivləri bu ilin əvvəlinə nisbətən 1,531 mlrd. dollar geriləyib.

Bununla yanaşı, ABŞ dollarında olan aktivlər milli valyutanın devalvasiyası səbəbindən manat ifadəsində bahalaşıb. Bu, ARDNF-in büdcəyə transferlərində vəsaitlərə əhəmiyyətli qənaət etməyə imkan verəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1616 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...