Sedat Pekerin Bakıda restoranı var? – Məşhur müğənnidən qalmaqallı iddia

Sedat Pekerin Bakıda restoranı var? –
Türkiyəli müğənni Rıza Tamer Azərbaycanda ad günü tədbirində mahnı oxumaqdan imtina etdiyi üçün təhdid edildiyini deyir.
Yeniavaz.com xəbər verir ki, müğənni yaydığı videomüraciətdə mafiya başçısı kimi tanınan Sedat Pekerin adından istifadə edilərək təhdid olunduğunu bildirib.
O qeyd edib ki, mahnı oxumaqdan imtina etdiyi məkanın Sedat Pekerə aid olduğunu bilməyib:
“Bizə zəng edib belə dedilər. Təhdid etdilər. Mən azərbaycanlılara heç bir hörmətsizlik etmədim. Mənə ad günü mərasimində iki mahnı oxumaq üçün 50 min dollar təklif etdilər. Qəbul etmədim. Əsəblərim pozuldu. Onların otelindən çıxıb başqa otelə getdik. Türkiyə lirəsinin istifadə olunmadığını görüb ölkəmizə qayıtdıq”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
51 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...