Putin QƏRAR VERDİ: Ermənistanda hakimiyyət çevrilişinə bu şəxs rəhbərlik edəcək

Putin QƏRAR VERDİ:
Rusiya Ermənilər İttifaqının rəhbəri Ara Abramyan Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkiləri zamanı hazırkı baş nazir Nikol Paşinyana qarşı olan siyasi qüvvələrin birləşməsinə töhfə verəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Abramyanın sözlərinə görə, onun özü seçkilərdə iştirak etməyi planlaşdırmır.

“Bununla belə, mən Ermənistanı dirçəltmək üçün mövcud iqtisadi və insan potensialından, o cümlədən diasporadan istifadə edərək ardıcıl və Vətənə məhəbbətlə yanaşan sağlam qüvvələrin birləşməsinə kömək göstərəcəm”, – Abramyan bildirib.

O əlavə edib ki, hazırkı hökumət müharibəni uduzub və eyni zamanda ölkənin ən mühüm obyektlərinə nəzarəti əcnəbilərə verir. Bundan əlavə, hökumət Ermənistanın borcunu artırır və qiymətlərin yüksəlməsinə töhfə verir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
55 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...