Nərimanovda yaşı 65-dən yuxarı olan tənha insanlara ərzaq paylandı FOTOLAR

Nərimanovda yaşı 65-dən yuxarı olan tənha insanlara ərzaq paylandı

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sosial aksiya keçirilib.

Aksiyası çərçivəsində RİİB könüllüləri tərəfindən karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan 200 nəfər şəxsə ərzaq məhsullarından ibarət sovqat paylanılıb, eləcə də vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib.

Sovqatları qəbul edən vətəndaşlar bu nəcib aksiyaya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, koronavirus infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində 20 aprel 2020-ci il tarixədək 65 yaşdan yuxarı şəxslərin evdən çıxışı qadağan edilib, yaxın təmasları azaltmaq məqsədi ilə insanların fərdi evlərindən və mənzillərindən çıxışı isə xüsusi qaydalarla tənzimlənməklə məhdudlaşdırılıb.

Bu həssas dövrdə vətəndaşlarımızı evdə qalmağa, dövlətin müəyyən etdiyi sosial izolyasiya tələblərinə ciddi əməl etməyə çağırırıq.

Nərimanovda yaşı 65-dən yuxarı olan tənha insanlara ərzaq paylandı
Nərimanovda yaşı 65-dən yuxarı olan tənha insanlara ərzaq paylandı
Nərimanovda yaşı 65-dən yuxarı olan tənha insanlara ərzaq paylandı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
453 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...