Rusiyada koronavirusa yoluxanların sayı 8 mini ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 8 mini ötdü

Rusiyada son bir gündə 1 175 nəfərə koronavirus diaqnozu qoyulub, 5 nəfər virusun qurbanı olub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, bununla da yoluxanların sayı 8 672 nəfərə, ölənlərin sayı 63-ə, sağalanların sayı isə 580 nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 434 000-i ötüb. Bunların 302 453 nəfəri sağalıb, 82 143 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
477 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...