Azərbaycan ən az mənfi emosiyalı, Ermənistan ən qəzəbli ölkədir - REYTİNQ

Azərbaycan ən az mənfi emosiyalı, Ermənistan ən qəzəbli ölkədir - REYTİNQ

“Gallup International” təşkilatı “Global Emotions” (Qlobal Emosiyalar) layihəsi çərçivəsində dünyanın 140-dan çox ölkəsindən olan vətəndaşlar arasında sorğu keçirib. Sorğu 2018-ci ildə aparılıb və bütün ölkələrdən olan respondentlərə eyni suallar verilib.

Oxu.Az-ın məlumatına görə, təşkilat sorğunun nəticələrini hesabat şəklində dərc edib.

Sorğuda insanların bir gün öncə hansı hissləri keçirdiyi: güldüyü, gülümsədiyi, yoxsa üzüldüyü, narhatlıq keçirdiyi, qəzəbli olduğu, yeni şeylər öyrənə bilib-bilmədiyi öyrənilib.
Azərbaycan ən az mənfi emosiyalı, Ermənistan ən qəzəbli ölkədir - REYTİNQ

Sorğuya görə “ən az mənfi emosiyalı” Lowest Negative Experiences Worldwide) kateqoriyasına Azərbaycan, Qırğızıstan, Latviya və İsveç başçılıq edir. Ölkələrə ümumilikdə indeks üzrə 19 vahid verilib.

Dünyanın “ən yüksək mənfi emosiyalı” ölkələri kateqoriyasına isə qəzəb göstəricisi (anger) üzrə Ermənistan, dərd-sər (sadness) göstəricisi üzrə Çad, stress göstəricisi üzrə Yunanıstan, narahatlıq göstəricisi üzrə Mozambik, əzab-əziyyət (pain) göstəricisi üzrə Çad başçılıq edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
690 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...