"Fədayə Laçın hepatit xəstəsidir" - Vəkildən açıqlama
"Fədayə Laçın barəsində yayılan ölüm xəbərləri həqiqətdən uzaqdır. Bu xəbərləri yayanları hüquq qaydasında təqib edəcəyik". Gundeminfo.az bildirir ki, bu sözləri publika.az-a açıqlamasında müğənninin vəkili Türkel Süleymanlı deyib. T.Süleymanlı həmçinin F.Laçının səhhətinin çox da yaxşı olmadığını, lakin yayılan xəbərlərin, məlumatların sensasiya xətrinə uydurulmuş informasiyalar olduğunu deyib:
"Hər hansı şəxs barəsində yalandan ölüm xəbəri yazmaq olmaz. Bu məlumat həkim, müstəntiq və ya Penitensiar Xidmətə istinad edərək verilə bilər. Həmin xəbəri onun ailə üzvlərinin də oxuya biləcəyini düşünmək lazımdır. İnsanlarda yalandan gərginlik yaratmaq doğru deyil.
Hazırda Fədayə xanımın vəziyyəti stabildir. Elə təəssürat yaranmasın ki, idealdır. Lakin özündəngetməsi və digər xəbərlər yalandır. Yataq rejimində deyil, səhhətində hər hansı dəyişiklik yoxdur. Fədayə xanım hepatit xəstəsidir. Onun müalicəsinin həbsxana şəraitində aparılmasının çətin olması məsələsi ilə bağlı da müraciət ediləcək. Çünki bu xroniki xəstəlikdir və müalicəsinin mütəmadi aparılmasına ehtiyac var".
T.Süleymanlı F.Laçının ev dustaqlığına buraxılması üçün yaxın zamanda müraciət ediləcəyini bildirib:
"Müraciət hazırlanır. Bu həftə yekunlaşmazsa, növbəti həftə təqdim ediləcək. Bu barədə məlumat verəcəyik".
1077 dəfə oxundu