“Şeytana uzun ömür və can sağlığı arzulayıram” - Hacıbala Abutalıbov

“Şeytana uzun ömür və can sağlığı arzulayıram” -

Bir sıra KİV-lər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun səhhətində problemlərin yaranması barədə yazıb. Bu şayiələri modern.az saytının əməkdaşı ilə söhbətində Hacıbala Abutalıbov özü təkzib edib.

“Mən hazırda iş başındayam. Bu dəqiqələrdə müdriklikdən müqəddəslik zirvəsinə qədər ucalmış Heydər Əliyevlə görüşüb gəlirəm. Mən nəinki şeytanı mələyə çevirmək istəyənlərə, özlərilə bacaran və talelərilə razılaşan insanlara, hətta şeytana da sağlam və xoşbəxt həyat diləyirəm”.

Məlumatların kimlər tərəfindən yayılmasına gəlincə, H.Abutalıbov bunları deyib:

“Kimliyindən asılı olmayaraq, gəlin, hamımız bir yerdə bizə alın yazısı kimi verilmiş tale ilə razılaşıb, xoşbəxt olmağı bacaraq. Sizə də yüksək səviyyədə xoşbəxt həyat, sağlamlıq, ürəyinizdə olanların çin olmasını arzulayıram”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1111 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...