“SOCAR-ın missiyası neft və qaz çıxarmaqla bitmir” - Rövnəq Abdullayev

“SOCAR-ın missiyası neft və qaz çıxarmaqla bitmir” -

"Bizim məqsədimiz Azərbaycan iqtisadiyyatına əlavə dəyər qazandırmaqdır. SOCAR-ın missiyası yalnız neft və qaz çıxarmaqla bitmir".

AzVision.az xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. O qeyd edib ki, dünya bazarında neft və qazın qiymətinin tez-tez dəyişdiyi müddətdə SOCAR sərmayəsini emal və kimya sənayesinə yatırıb. Bu isə öz müsbət təsirini göstərib.

Rövnəq Abdullayev Petkim layihəsi barədə danışıb. O, Petkimin bu ilin 9 ayında gəlirinin 266 milyon dollar təşkil etdiyini vurğulayıb.

R. Abdullayev bildirib ki, yeni müəssisələr tikilməklə yanaşı bir sıra zavodlar yeniləşdirilir: "Hazırda "Şahdəniz -2" layihəsinin 95%-i, Cənub Qaz Dəhlizi layihəsinin 96%-i, TANAP layihəsinin 93%-i, TAP-ın isə 58%-i tamamlanıb. Azərbaycan bu layihələri həyata keçirməklə Avropanın Enerji təhlükəsizliyinə öz töhfəsini verir və bu anlamda qlobal qaz bazarında önəmli oyunçuya çevrilir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
876 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...