Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb —

Sumqayıt şəhər 5 saylı orta məktəbin Mətanət adlı ibtidai sinif müəllimi uşaqları döyür. GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə ölkə.az-a sözügedən məktəbin 1 b sinif şagirdi Ayan İsgəndərlinin valideyni məlumat verib: "Uşaqların çantasına şəkil və şəxsiyyət vəsiqəsini qoymuşdum. Müəllimə demişdi ki, bunlar lazım olacaq. Sonra özü uşaqlardan götürüb, yığıb və sənədlər qarışıb. Halbuki sənədin içərisində uşağın adı yazılıb. Sənədləri uşaqlara paylayanda, səhv düşüb, qızımdan soruşub ki, səninki hansıdır? Uşaq da bir həftədir dərsə gedir, gündəlik nədir, tanımır. Mətanət müəllimə əvvəlcə uşağa qışqırıb, sonra da ağzına vurub. Uşağa hədə-qorxu gəlib ki, evdə valideynlərinə bu barədə heç nə demə".

Ayanın anası N.İsgəndərli məktəbdə pul yığıldığını da bildirib: "Həmin məktəbdə bu il dörd ibtidai sinif var. Heç bir ibtidai sinif müəllimi onun qədər pul yığdırmır. Dərs başlayandan on manat fond pulu, iki manat nə pulu... Saç bandına qədər özü sifariş verib, pulunu valideynlərdən yığır. Gələn həftə bununla bağlı direktorla danışacağıq. Artıq bir neçə valideyn uşağını bu sinifdən çıxarmaq istəyir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1241 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...