Nübar meyvələr bazara çıxdı: od qiymətinə VİDEO

Nübar meyvələr bazara çıxdı: od qiymətinə
Bu günlərin nübar məhsulları sayılan xurma, nar, qoz və fındıq artıq bazarlarda piştaxtaları bəzəməyə başlayıb. Ancaq qiymətləri xeyli bahadır. Ona görə də alıcı sarıdan korluq yaşanır.

Xurma, nar, qoz və fındıq. Artıq bazarlarda mövsümi meyvələr satışa çıxarılıb. Novbar olduqlarından qiymətləri cib yandırır.

GUNDEMİNFO.AZ "Xəzər TV"yə istinadən xəbər verir ki, bazarda bu meyvələr piştaxtalarda çoxluq təşkil etsə də, alıcı azlığı müşahidə olunur. Satıcıların sözlərinə görə, mövsümi meyvələr bir həftə olar ki bazara çıxarılıb.

Bazara qoz əsasən Naxçıvandan gətirilir. Qiyməti isə 5-15 manat arsında dəyişir. Fındığa gəldikdə isə, qiyməti 4-6 manat arasında dəyişir.

Yeni gətirilən badamın qiyməti isə 5-10 manata satılır. Piştaxtalara xurma da çıxarılıb. Alıcılar isə qiymətlərin yüksək olmasından narazıdırlar.

Bu meyvələr novbar olduğundan yaxın günlərdə onların qiymətinin düşəcəyi gözlənilir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
869 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...