Gürcüstanın bir neçə rayonu su altında qalıb

Gürcüstanın bir neçə rayonu su altında qalıb


Gürcüstanın bir neçə rayonu leysan yağışları nəticəsində su altında qalıb. Gürcüstanın bir neçə qərb rayonu cümə axşamına keçən gecə yağan leysan yağışları nəticəsində su altında qalıb. Gürcüstan KİV xəbər verir ki, su altında Acarıstan, İmereti və Abxaziya rayonlarının əraziləri qalıb.

Əldə olunan məlumata görə, güclü yağışlar nəticəsində Van bölgəsində (İmereti) 50-dən çox kənd, rayon ərazisinin 80%-i su altında qalıb. Yerli əhalinin məhsulu təmiz yararsız hala düşüb. Elektrik xətlərinə ziyan dəyib və bu səbəbdən əhali işıqsız qalıb. Yağış hələ də davam etdiyindən müvafiq xidmət orqanları təmizləmə və bərpa işlərinə başlaya bilmir.

Batuminin (Acarıstan) mərkəzi küçələri də su altında qalıb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün bütün müvafiq xidmətlər gücləndirilmiş iş rejimində çalışır.(virtual.org)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
925 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...