“Kimin haradan namizəd olacağı sonda elan ediləcək”

“Kimin haradan namizəd olacağı sonda elan ediləcək”
“Vətəndaş Həmrəyliyi Partiyası 1 sentyabr- parlament seçkilərində iştirakla bağlı qərar verib. Artıq partiyanın namizədləri də müəyyənləşir. Kimin haradan namizəd olacağı isə sonda elan ediləcək”.

Gundeminnfo.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli deyib.

Bununla belə Fəzail İbrahimli özünün namizəd olub-olmayacağı barədə suala birmənalı cavab verməyib.

“Bir neçə gündən sonra VHP-nin bütün namizədlərinin adları cəmiyyətə açıqlanacaq. Önəmli olan partiyanın seçkiyə qatılmasıdır”.

Qeyd edək ki, bəzi məlumatlarda Fəzail İbrahimlinin də mandat almayacaq deputatların siyahısına düşdüyü deyilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
294 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...