Rəisinin helikopteri necə qəzaya uğrayıb? – Yeni təfərrüat
İran Silahlı Qüvvələrinin Baş Qərargahı cümə axşamı Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı təhqiqatın ilkin nəticələrini açıqlayıb.
Yeniavaz.com “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə hərbi idarənin mətbuat xidməti məlumat yayıb.
“Helikopter qəzası ilə bağlı müxtəlif ixtisaslaşdırılmış sahələrdən əhəmiyyətli miqdarda məlumat toplanıb ki, bu da qəzanın səbəblərini göstərə bilər. Ancaq təhqiqat mərhələsində olan bəzi məsələlər yekun nəticə çıxarmaq üçün daha çox vaxt tələb edir”, - deyə Baş Qərargahın mətbuat xidmətindən bildirilib.
Məlumata görə, qəzaya uğrayan helikopterin pilotu kortejdə olan digər iki helikopterin pilotları ilə təmasda olub.
“Qəzadan bir dəqiqə yarım əvvəl helikopter planlaşdırılan marşrut üzrə hərəkət edib və müəyyən edilmiş uçuş yolundan çıxmayıb”, - məlumatda qeyd edilib.
Eyni zamanda, təhqiqatda güllə izləri aşkar edilməyib. Helikopter yalnız dağla toqquşduqdan sonra alovlanıb.
“Qəti şəkildə demək olar ki, qəzaya düşən helikopter yalnız dağın səthi ilə toqquşduqdan sonra alovlanıb”, - deyə məlumatda bildirlib.
İran Baş Qərargahı həmçinin, aerodromun hava hərəkətinə nəzarət qülləsindəki növbətçi heyəti ilə helikopter heyətinin söhbətində heç bir şübhəli məqam aşkar olmadığını vurğulayıb.
Qeyd edək ki, mayın 20-də İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqeri prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahyan və onları müşayiət edən şəxslərin həlak olduğu təyyarə qəzasının səbəblərini araşdırmaq üçün komissiya yaradılması barədə göstəriş verib.
399 dəfə oxundu