Azərbaycana turist axını 4 dəfə azalıb

Azərbaycana turist axını 4 dəfə azalıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 686,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

Məlumatda həmçuinin deyilir ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-sentyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olmuş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

9 ay ərzində ölkəmizə gələnlərin 28,1%-i Rusiya, 24,9%-i Gürcüstan, 18,1%-i Türkiyə, 8,3%-i İran, 2,1%-i Ukrayna,1,8%-i Hindistan, 1,7%-i Səudiyyə Ərəbistanı, 1,2%-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), hər birindən 1,1% olmaqla Pakistan, Türkmənistan və Qazaxıstan, 1,0%-i Küveyt, 0,9%-i Böyük Britaniya, hər birindən 0,7% olmaqla Özbəkistan, İraq və Belarus, 0,6%-i İsrail, 5,8%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 78,7%-ni kişilər, 21,3%-ni qadınlar təşkil edib.

Yanvar-sentyabr aylarında Çindən gələnlərin sayı 14 dəfə, Cənubi Koreyadan – 12,2 dəfə, İsraildən – 9,2 dəfə, Polşadan – 9 dəfə, Yaponiyadan – 8,8 dəfə, İraqdan – 8,4 dəfə, Səudiyyə Ərəbistanından – 7,8 dəfə, Macarıstandan – 7,2 dəfə, Omandan və ABŞ-dan – 6,4 dəfə, Kanadadan və BƏƏ-dən – 6,3 dəfə, Fransadan – 5,7 dəfə, Almaniyadan və Türkmənistandan – 5,2 dəfə, Qətərdən – 5,1 dəfə, Niderlanddan ­– 5 dəfə, Böyük Britaniyadan – 4,9 dəfə, Qazaxıstandan – 4,5 dəfə, Pakistandan – 4,4 dəfə azalıb.

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,5 dəfə azalaraq 20,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,6 dəfə azalaraq 94,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,7 dəfə azalaraq 234,9 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69%-i dəmir yolu və avtomobil, 28,7%-i hava, 2,3%-i isə dəniz nəqliyyatından istifadə edib.

2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 3,9 dəfə azalaraq 1073,4 min nəfər olub. Ölkə vətəndaşlarının 30,9%i İrana, 27,7%-i Gürcüstana, 19,5%-i Rusiyaya, 13,2%-i Türkiyəyə, 8,7%-i digər ölkələrə səfər edib. Gedənlərin 69,9%-ni kişilər, 30,1%-ni qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 4,6 dəfə, Türkiyəyə gedənlərin sayı 3,5 dəfə, Gürcüstana gedənlərin sayı 4,1 dəfə, Rusiyaya gedənlərin sayı isə 3,5 dəfə azalıb.

2020-ci ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 76,7%-i dəmir yolu və avtomobil, 20,8%-i hava, 2,5%-i isə dəniz nəqliyyatından istifadə edib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
76 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...