Bütün dünyada nə qədər ağac var?

Bütün dünyada nə qədər ağac var?


Beynəlxalq ekspertlər qrupu dünyanın yaşıllıq xəritəsini tərtib ediblər. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, hesablamalar Yer kürəsində təxminən 3,04 trilyon ağacın olduğunu göstərib. Hesablamalara görə, hər il planetimizdə 15 milyard yeni ağac əkilir, 10 milyard ağac isə yox edilir. İnsanın peyda olması ilə Yerin yaşıllı sahəsi 46% azalıb.

Fundamental araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.

“Global Forest Watch” təşkilatının araşdırmasına görə, 2013-cü il üçün Azərbaycanda 1 milyon hektar, yaxud ölkə ərazisinin 15%-i meşə sahəsi ilə əhatə olunub. Hesabata görə, 2001-2013-cü illərdə Azərbaycanda 6 min 830 hektar meşə sahəsi qırılıb, 865 hektar meşə sahəsi yaradılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1154 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...