Prezident onu İsrafil Məmmədova müavin təyin etdi

Prezident onu İsrafil Məmmədova müavin təyin etdi
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoruna müavin təyin edilib.

Gundeminfo.az xəbər verir ki, bunula bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bəhruz Fərman oğlu Bəhramov ARDNF-in İcraçı direktoruna müavin təyin olunub.

Qeyd edək ki, Bəhruz Bəhramov 2020-ci ildən hazırkı tarixədək ARDNF-nin İcraçı direktorunun müşaviri vəzifəsini icra edib.


Daha öncə ARDNF-nin Risklərin idarə edilməsi və İnvestisiya departamentlərində müxtəlif vəzifələrdə, o cümlədən, 2014-2016-cı illərdə Risklərin idarə edilməsi departamentinin direktor müavini, 2016-2020-ci illərdə Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, hazırda Neft Fondunun icraçı direktoru İsrafil Məmmədovdur. O, Prezident İlham Əliyevin 2019-cu ilin noyabrında imzaladığı sərəncamla bu vəzifəyə təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
183 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...