“AZAL-ın hesabında qalıq kimi 8,3 milyon manat olub”

“AZAL-ın hesabında qalıq kimi 8,3 milyon manat olub”

“Azərbaycan üçün dövlət borcunun çox olması nəinki iqtisadi, hətta siyasi müstəqilliyimizi də sual altına qoya bilər”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin iclasında bildirib.
Ətraflı

Nazir qeyd edib ki, Prezident tərəfindən təsdiqlənən borc strategiyası var: “Bizim üçün dövlət borcunun çox olması qəbuledilməzdir. Biz xarici borclanmaları da həyata keçiririk. Bu borclanmaları götürərkən konkret hədəflərimiz və strategiyamız var. Bu gün də biz tədbirlərimizi bu strategiyaya uyğun həyata keçiririk. Əksər kredit reytinq agentlikləri Azərbaycana kredit verərkən ilk olaraq bizim borc vəziyyətimizi təhlil edir”.

Nazir AZAL-a dövlət tərəfindən verilən subsidiyaların qalıq kimi bank hesabında qalması məsələsinə də toxunub: “Burada qəbahət yoxdur. Müəyyən dövlət şirkətlərinə, xüsusilə də publik hüquqi şəxslərə iqtisadi dəstək tədbirləri çərçivəsində və ya yaranan zərərin qarşılaması üçün subsidiyalar yönəldilir. Bu, həmin şirkətlər tərəfindən istifadə olunmalıdır. Amma bu o anlama gəlmir ki, şirkətlərin bank hesabları sıfırlanmalıdır. Bizdə olan məlumata görə, AZAL-ın bank hesabında ilin sonunda qalıq kimi 8,3 milyon manat qalıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
505 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...