Tibb sektorunun “mogikanı”: Azəri Med ATU-nin tenderini də uddu

Tibb sektorunun “mogikanı”:
Milyonluq tenderlərin əsas qaliblərindən biri olan “Azəri Med” QSC daha bir satınalma müqaviləsinə yekun vurub. Gundeminfo.az Tribunainfo.az-a istinadən xəbər verir ki, bu dəfə şirkət Azərbaycan Tibb Universitetinə Onkoloji xəstəxana üçün dərman və sarğı vasitələrinin satın alınmasını reallaşdıracaq.

177.283,75 manatlıq satınalma müqaviləsini imzalayan “Azəri MED” QSC-nin deputat Kəmaləddin Qafarova məxsus olmasına dair çoxlu sayda məlumat var. Hazırda Əhməd Rəcəbli 1/11 ünvanında yeləşən şirkət 2 iyul 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 AZN olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Rəhimli Famil Vəli oğludur.

Qeyd edək ki, bu şirkətin ilk rəhbər elə Qafarovun özü olub. Daha sonra isə onu qardaşı və əmisi oğlunun adına keçirib. Bundan başqa, bu şirkətin deputata məxsus olmasını təsdiq edən bir başqa dəlil də odur ki, Qafarova məxsus olduğu şübhə doğurmayan bir başqa şirkətin hüquqi ünvanı ilə “Azəri Med”in eyni ünvanda yerləşməsi, üstəlik, Kəmaləddin Qafarovun ailə üzvlərinin də həmin ünvanda qeydiyyatda olmasıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
180 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...