Şamaxıda avtoritetlər arasında atışma - Yaralanan var

Şamaxıda avtoritetlər arasında atışma -

Şamaxı rayonunda silahlı insident olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə iyunun 6-da baş verib. Kriminal aləmin 10-a yaxın üzvü arasında baş verən atışmada bir neçə nəfər yaralanıb.

Şamaxı Rayon Prokurorluğundan “Qafqazinfo”ya bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb və hazırda istintaq davam etdirilir.

***

Şamaxı rayon prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Hazırda hadisənin baş vermə səbəbləri, eləcə də cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
881 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...