Bakıda tanınmamaq üçün parik taxan oğru ələ keçdi - VİDEO

Bakıda tanınmamaq üçün parik taxan oğru ələ keçdi -
Paytaxtın Sabunçu rayonu ərazisində naməlum şəxs müxtəlif vaxtlarda 15 vətəndaşın evini talayaraq pul, qızıl-zinət və digər qiymətli əşyaları ələ keçirib.

Gundeminfo.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlarla hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Şamo Əhmədov saxlanılıb. Dindirmə zamanı saxlanılan şəxsin evləri talayarkən kimliyini gizli saxlamaq üçün süni taxma saçdan (“parik”) istifadə etdiyi də müəyyən olunub. Ş.Əhmədov oğurladığı zinət əşyalarını satdığını bildirib.

Digər bir oğurluq hadisəsi isə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən istixanaların birindən 10 000 manat dəyərində transformator, generator, elektrik naqili, su nasosu və istilik təchizat qurğusunun oğurlanması barədə 14-cü Polis Şöbəsinə məlumat daxil olub. Keçirilən tədbirlərlə oğurluq əməlini törədən Orxan Rüstəmov, əvvəllər dəfələrlə məhkum olunanlar - Rafiq Cəfərov və Elmar Xıdırov saxlanılıblar. Hadisələrin təfərrüatları ilə bağlı araşdırmalar davam etdirilir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
308 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...