Maska geyinib “LUKoyl”a hücum etdi, 250 manata görə 8 il həbs aldı

Maska geyinib “LUKoyl”a hücum etdi, 250 manata görə 8 il həbs aldı

Bakıda "LUKoyl” yanacaq doldurma məntəqəsinə (YDM) oğurluq məqsədi üçün hücum edən şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökm ilə hadisəni törədən 1993-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş Samir Kərimov (ad-soyad şərti) Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Samir 2022-ci ilin oktyabr ayının 16-dən 17-nə keçən gecə, saat təxminən 04:20 radələrində idarə etdiyi maşında maykadan düzəltdiyi maskanı başına keçirib və papaqlı gödəkçəsini əyninə geyinib, bıçağı isə gödəkçəsinin sağ qolunun içərisinə salaraq Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən "LUKoyl” YDM-nə hücum edib.


O, məntəqənin operator otağına daxil olaraq, orada olan şəxsdən üzərində olan pulları verməsini tələb edib. Həmin şəxs də onun üzərində maskanı, əlində isə bıçağı görüb qorxduğundan yerindən tərpənməyib. Bundan sonra 250 manat pul alaraq hadisə yerini tərk edib.

Hadisədən bir gün sonra polis tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Samir Xəzər rayonu, Üzümçülük sovxozunda yerləşən evin qarşısında saxlanılıb. O, YDM-in operatoruna qarşı quldurluq etdiyini etiraf edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
371 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...