MTK qazinin obyektini gecə ilə niyə söküb? - Açıqlama
Vətən müharibəsi qazisi Sərxan Bünyadovun Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi Samir Cəfərov küçəsində obyekt kimi işlətdiyi qaraj qanunsuz olaraq sökülüb.
AzFakt.com xəbər verir ki, bu iddia ilə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında çıxış edib.
Onun sözlərinə görə, peşəsi elektrik olan S.Bünyadov müharibədən əvvəl kirayə götürdüyü qarajda çalışıb. Müharibədən qayıdandan sonra Suraxanı RİH tərəfindən ona qaraj tikmək üçün yer verilib. Qazi isə sənədlərini toplayaraq həmin ərazidə işləmək üçün tikintiyə lisenziya alıb və orada özünə kiçik obyekt inşa edib. Dövlət Məşğulluq İdarəsindən ona elektrik avadanlıqları verilib, bir qismini isə özü kreditlə alıb.
“Qarajın yanında “Məkan” MTK adlı bir şirkət bina tikməyə başladı. İçi Sərxan qarışıq heç bir kompensasiya təklif etmədən qaraj sahiblərinə deyilib ki, çıxın buradan, buranı almışıq. Halbuki o insanların əllərində sənədlər var. Onlar etiraz ediblər, səhəri gün Sərxan gəlib görüb ki, gecə ilə qarajını buldozerlə söküblər, bütün avadanlıqları, əşyaları hamısı qırıq-qırıq olub, qalıb dağıntıların altında...”, - H.Novruzzadə qeyd edib.
Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Suraxanı RİH-ə müraciət olunduğunu qeyd olunub.
Problemlə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya
ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, hazırda məsələ ilə əlaqədar araşdırma aparılır: “Sözügedən ərazi müvafiq qurum tərəfindən çoxmənzilli yaşayış binasının tikintisi üçün MTK-ya ayrılıb və ayrılmış ərazi hüdudları daxilində MTK tərəfindən qaraj götürülüb. Hazırda tərəfimizdən məsələ ilə bağlı araşdırma işləri aparılır. Müvafiq tədbirlər görüləcək”.
162 dəfə oxundu