II Avropa Oyunlarının keçiriləcəyi şəhər müəyyənləşib

II Avropa Oyunlarının keçiriləcəyi şəhər müəyyənləşib


2019-cu ildə keçiriləcək II Avropa Oyunlarının məkanı müəyyənləşib. "Report"un məlumatına görə, bu barədə Avropa Olimpiya Komitələrinin Belarusun paytaxtı Minskdəki 45-ci Baş Assambleyasında qərar verilib.

50 ölkənin Milli Olimpiya Komitəsinin təmsil olunduğu iclasda Minskin növbəti Oyunlara ev sahibliyi etməsinə dair qərar verilib.
Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ilin 12 - 28 iyununda Bakıda təşkil olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
674 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...