İmamoğluya sui-qəsd ediləcək – Özəldən şok iddia

İmamoğluya sui-qəsd ediləcək –
CHP lideri Özgür Özəl həbs edilən İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sabiq sədri Əkrəm İmamoğluna həbsxanada sui-qəsd ediləcəyini iddia edib.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Özəl bu barədə CHP-nin qrup toplantısında çıxışı zamanı deyib.

“Ötən gün mənə hücum edən Səlcuq Tengioğlu yanvar ayında İBB-yə gəlir. Bildirir ki, həbsxanada kamera yoldaşlarına təlimat verilib. İmamoğlu öldürüləcək. Mən bunu xəbər verməyə gəlmişəm deyib. Həmin vaxt bizimkilər onu polisə təhvil veriblər. Bildiriblər ki, bu şəxs belə bir iddia səsləndirib, siz məşğul olun. İndi isə işıq sürəti ilə həmin şəxs barəsində həbs qərarı verildi. Hansı kamerada yatıb? Dostları kim olub? Bu suallar ona verilməyibsə, yenidən ifadəsini alsınlar”, - partiya sədri əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
37 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...