FHN və Xətai İcra Hakimiyyəti jurnalistin evini niyə uçurub? - Qalmaqal böyüyür
“Həzi Aslanov qəsəbəsində 18 mənzilli mülkümüzün yer üzündən silinməsinin üçüncü ayına girdik, güc strukturları 3 addım yol almayıblar. Baş Prokurorluqla hələ ki, sms-ləşir, məktublaşırıq”.
Bunu “Yeni Sabah”a araşdırmaçı jurnalist Hicran Həmidova deyib. Onun sözlərinə görə, “söküləndən sonra həmin ərazidə tikiləcək binadan sakinlərə mənzillərin veriləcəyi”nə dair açıqlamalar, müzakirələrin söküntüdən əvvəl getdiyi, rayonun rəhbər qurumlarında varlığımızdan xəbərdar olduqları, məhkəmə qərarı və razılığımız olmadığını bilərək cinayətə qol qoyduqlarını sübut edir.
“İddiaya görə ordan qrunt suyu çıxırmış. Evi inşa edən mühəndis Muğan Məmmədov deyir, tamahları güc gəlib uydururlar, qrunt suları bünövrədən 6-7 metr dərindədir. Evin qalıqları da lehimizə şahidlik edir. Bu, zirzəmi divarlarıdır, öncə onların aşılanması gərəkmirdimi? Bünövrə zəifləmiş olsaydı, indi divarlarda çatlar yaranardı. Yaxşı, su çıxan ərazidə göydələnlər tikməyi necə planlayırsız? Və sizdə bu inam hardandır ki, villanın əvəzinə hündürmərtəbədən mənzillə razılaşacağıq? Atdan düşüb eşşəyə minmək yoxdur. Parikinin hörüyündən yapışıb özünü və atını bataqlıqdan “çıxaran” Baron Münhauzenin əhvalatları sizinkindən daha inandırıcıdır. Artıq səbrim tükəndi, əfsanə uydurmağı kəsin, məni dinləyin!
Hələ dekabrın sonlarında Saday Əmədovun qızı deyib ki, sitat: ““məllim”ə çatdır, Leyla xanım o binanı satdı başqasına. Xanımlarla görüşəcəm, deyəcəm, villanı 150 minə satmışam, ödədiyiniz pulu verirəm. Потому что мне не выгодно им отдавать эти манзили. (Çünki onlara bu mənzilləri vermək mənə sərfəli deyil.) “Papa” evin kv/m.-ni 600 manatdan vermişdi, mən topdan 900 min manata satdım. Зачем я буду терять? (Nə üçün itirməliyəm?) Adam evi alıb, özünə qaz, işıq çəkib kv/m.-ni 1200-1300 manata satacaq”.
Yəni, qaz vurub, qazan dolduracağıq. Göründüyü kimi, mülkümüzlə aşkar spekulyasiya edirlər.
Tapşırır, “Elman müəllimə de, hələlik hasar qoymasın. Bu, işimə xələl gətirər, camaatı oyandırmayaq ki, əlimdə pul var. Hay-haray salarlar”. Həmsöhbəti soruşur, “Elməddin müəllimnən neynədiniz”? Elməddin mülkümüz və yerləşdiyi torpağın alıcısıdır. Cavabından guya anlaşma pozulub. Sitat: “öz “məllimim”lə görüşəcəm, ora onundu e. Ortada mənim bir polkovnik dostum var, bizi tanış edən, o da “MVD”-nin, izvini menya, “Osobıy Otdel”in adamıdı, я с такими людьми играть не буду. (Belə adamlarla oyun oynamaram.) Deyir ki, “500 min beh verirəm sənə, bax a heç kimə heç nə satmırsan”. Dedim satmıram, narahat olma, sənə verəcəm”.
İki müştərisi varmış, 8 milyon təklif ediblər, o isə artıq beh götürdüyünü bildirib. Yeni ildən qiyməti dəyişib, ən son 12 milyon istəyirdi. Yanvarda “məllimiynən” danışıqlar masasına oturacaqmış. Deyir, torpağın üstündə davadır. Müsahibi məlumat verir ki, “onlar yeni ildən gəlib 100 min verirlər, təmirə başlayırsız. Öz briqadası təmir edəcək, özü də “pod klyuç”, sizə ucuz edəcəklər”. Qadın da etiraz eləmir, deyir, “buranı icarəyə vermək üçün işimi görüm, normal kirayə haqqı gəlsin, dedim, hazır binadı da verim getsin”.
Söhbətdə təkcə bir ay içində ata-bala üç anlaşmanı pozduqları məlum olur. Az vaxtda Elman da 4-cü oldu. Adamın verdiyi pulu İçərişəhərdə təzə aldığı evinin təmirinə xərclədiyini deyir, indi torpağı geri tələb edir. Məlumatıma görə son alıcı ilə də ortaq məxrəcə gələ bilmirlər.
Bu söhbət dekabrın sonlarında olub. Binanın qəzalı vəziyyətindən, söküntüsündən danışıq getmir, əksinə, mülkü satdığını deyib. Alıcı yüksək çinli oliqarx-məmurdur, qəzalı binaya o qədər pul sayıbsa, ya tam bir idiotdur, ya da pullarını qoymağa yer tapmır! Digər binanı təmir etdirib icarə və ya kirayə verəcəyini deyir. Bu, onların “A” planı idi və plana söküntü daxil olmayıb. Su basma, divarların aşılanması, yararsızlığı iddiası tamahkar məmurların uydurmasıdır, onun dilindən buna dair kəlmə də çıxmır. Əmlak sahibləri iki devalvasiya, üzən məzənnə, 12 illik inflyasiya, mənzil bazarında kəskin qiymət artımından dolayı razılaşmayıb. O da “B” planını işə salıb, alternativ ev, kompensasiya vermədən, məhkəmənin müvafiq qərarı olmadan özü hökm çıxarıb, binaları dağıdaraq torpaq kimi satıb.
Biz zərərçəkənlər hüquqi yolla getdik - qəbullara düşdük, səyyar görüşlərdə olduq, məktublar, teleqramlar, sorğular göndərdik, zənglər vurduq, şikayətlərimizin bir qurumdan digərlərinə ötürülməsindən başım gicəlləndi. Güc strukturlarının indiyədək susması təsdiqləyir ki, sifarişçi üst səviyyədə məmurdur, cinayət işi qaldırmağa gücləri çatmır! Bu, əməlli-başlı mütəşəkkil fəaliyyətdir və qanunsuz dağıntının da başında qadının dayandığı aşkardır. Söylədikləri sübut edir ki, təkcə özü, atası və ələmandan ibarət deyillər, onlarla əlbir bir xeyli də məmur var: “MVD polkovniki”, alıcı olan yüksək çinli "məllim"i, administrasiyadakı himayədarı, dağıntını istəyən rayon icra başçısı, saxta rəy verən fövqəladə hallar naziri, icraçı rayon polis rəisi, cinayəti ört-basdır edən rayon prokuroru - ən az 10 nəfər. Üstəgəl, barbarca dağıntıda sakinlərdən çox olan 3 maşın polis və təbii ki, buldozerçi. Bəli, düz eşitdiniz, Alatavada buldozerçini tutdular, bizim evi xarabaya çevirənin ondan nəyi əskikdir? Gecə saatlarında o şaxtada insanların küçələrdə fəryadını görmürdümü? Hər kəs əməlinə görə cavab verməlidir! Faktları saxtalaşdıran məmurlar, indi sizi evi başına yıxılmış evsiz Hicran Həmidova, Mehman Əsədov, Tangiz Adışirinova, Umküs Sadıqova, Səfayə Əsədova, Rəisə Sadıqova, Səməndər Tağıyevin qəzəbindən kim qurtaracaq?”
199 dəfə oxundu