DSMF-yə sədr təyin olundu

DSMF-yə sədr təyin olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə sədr təyin olunub.

Gundeminfo.az xəbər verir ki, bununla bağlı nazir Anar Əliyev Əmr imzalayıb.

Əmrə əsasən, Zəka Aqil oğlu Mirzəyev DSMF-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, 47 yaşlı Z.Mirzəyev bu təyinatadək Fondun İdarə Heyətinin sədr müavini olub.

Xatırladaq ki, DSMF-nin əvvəlki sədri Himalay Məmişov ötən gün Prezidentin Sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
69 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...