Deputat Ülviyyə Ağayeva seçkilərdə iştirak edəcək? - AÇIQLAMA

Deputat Ülviyyə Ağayeva seçkilərdə iştirak edəcək? -
Milli Məclisin bitərəf deputatlarından olan Ülviyyə Ağayeva 1 sentyabr - Növbədənkənar Parlament seçkilərində iştirak edəcək.

Bu haqda deputat AZXEBER.COM-a açıqlamasında bildirib.

O sənədlərini dairə seçki komissiyasına təqdim etdiyini bildirib:

"1 sentyabr - Növbədənkənar Parlament seçkilərində iştirak edəcəyəm. Bununla bağlı müvafiq sənədləri komissiyaya təqdim etmişəm. Bu il də 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizədliyimi irəli sürmüşəm”.

Qeyd edək ki, Ülviyyə Ağayeva 2015-ci il noyabrın 1-də baş tutan Azərbaycan Milli Məclisin V çağırış deputat seçkilərində 106 saylı Tovuz-Qazax- Ağstafa dairəsindən deputat seçilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
457 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...