FHN: “Qurtuluş 93”dəki qanunsuz tikili sökülür – VİDEO

  FHN: “Qurtuluş 93”dəki qanunsuz tikili sökülür –
Abşeron rayonunun Masazır qəsəbəsində, “Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin ərazisində ağacların kəsilməsi və yerində inşaat işinin aparılması barədə xəbər vermişdik. Fövqəladə Hallar Nazirliyindən (FHN) Yeniavaz.com-a verilən məlumatda qanunsuz tikintinin qurum tərəfindən nəzarətə götürüldüyü bildirilmişdi.

Məsələ ilə bağlı FHN-dən növbəti açıqlama verilib və artıq qanunsuz tikintinin sökülməsinə başlanıldığı bildirilib.

“Qeyd olunan əraziyə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən təkrar baxış keçirilib və qüvvədə olan müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq qanunsuz tikilinin söküntüsünə başlanılıb”, - FHN-in məlumatında deyilir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
160 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...