Növbədənkənar parlament seçkiləri bu tarixdə keçiriləcək

Növbədənkənar parlament seçkiləri bu tarixdə keçiriləcək
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət ediblər. Həmin müraciət artıq parlamentə daxil olub. Prosedura uyğun olaraq, məsələ parlamentin plenar iclasının gündəliyinə daxil ediləcək.

Yenisabah.az məsələnin təfərrüatını öyrənə bilib. Məlum olub ki, hakim partiyanın dünən gerçəkləşən qapalı iclasında seçkilərin 2 ay əvvəl keçirilməsi məqsədə müvafiq sayılıb. YAP-çı deputatlardan biri saytımıza açıqlamasında deyib ki, növbədənkənar parlament seçkilərinin Konstitusiyada nəzərdə tutulduğu vaxtdan 2 ay əvvəl keçirilməsi üçün bu gündən etibarən müvafiq prosedur qaydalarına əməl ediləcək. Onun sözlərinə görə, məsələ ilkin olaraq, Milli Məclisin plenar iclasının gündəliyinə çıxarılacaq və müvafiq qərar qəbul ediləcək. Sonra isə dövlət başçısı tərəfindən növbədənkənar parlament seçkilərinin vaxtı təyin olunacaq.

YAP-çı deputat bizimlə söhbət zamanı yeni seçkilərin keçiriləcəyi tarixlə bağlı təxminlərini bölüşüb. Qeyd edib ki, növbədənkənar parlament seçkiləri YAP-ın müraciətində əks olunduğu kimi Konstitusiyada nəzərdə tutulan vaxtdan 2 ay əvvəl keçiriləcək: Dərmanlar

“Ölkə konstitusiyasına görə, bu il noyabr ayının 1-ci bazar günü ölkədə parlament seçkiləri keçirilməlidir. Həmin tarix noyabr ayının 3-nə təsadüf edir. YAP olaraq biz seçkilərin 2 ay əvvəl keçirilməsini istəyirik. İclasda bu məsələ müzakirə olundu və bu mühüm siyasi kampaniya üçün ən uyğun tarixin 1 və ya 8 sentyabr olduğu vurğulandı. Çox güman ki, növbədənkənar parlament seçkiləri 1 və ya 8 sentyabr tarixində, bazar günü baş tutacaq. Bununla bağlı son qərarı Cənab Prezident verəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
378 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...