Qonşu ölkələrin hərbi xərcləri açıqlandı – Ermənistanda 67% artım olub

Qonşu ölkələrin hərbi xərcləri açıqlandı –
Azərbaycanın hərbi xərcləri ötən il 3 milyard 561 milyon dollar olub.
Yeniavaz.com xəbər verir ki, bu məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun açıqladığı hesabatda yer alıb.
Bildirilir ki, Azərbaycanın hərbi xərcləri son bir ildə 570 milyon dollar və ya 19% artıb. Azərbaycanın hərbi xərclərinin ÜDM-dəki payı 3,8%-dən 4,6%-nə yüksəlib.
Hesabatda həmçinin qeyd olunur ki, Ermənistanın hərbi xərcləri isə 535 milyon dollar və ya 67,3% artaraq 2022-ci ildəki 795 milyon dollardan 2023-cü ildə 1 milyard 330 milyon dollara yüksəlib. Ermənistanın hərbi xərclərinin ÜDM-dəki payı 4,1%-dən 5,5%-nə yüksəlib.
Onu da qeyd edək ki, Ermənistan Maliyyə Nazirliyi tərəfindən təsdiq edilən büdcə qaydalarına əsasən, ölkənin hərbi xərcləri ÜDM-in 4%-dən az olmamalıdır.
Azərbaycana qonşu olan digər ölkələrin – İranın hərbi xərcləri 6,8 milyard dollardan 10,3 milyard dollara, Türkiyənin hərbi xərcləri 10,6 milyard dollardan 15,8 milyard dollara, Rusiyanın hərbi xərcləri isə 86,4 milyard dollardan 109 milyard dollara yüksəlib.
Qeyd edək ki, şimal qonşumuz Rusiya hərbi xərclərinə görə dünyada 3-cü sırda yer alıb.
Hərbi xərclərin böyüklyünə görə ilk iki yeri 906 milyard dollar ilə ABŞ və 296 milyard dollar ilə Çin tutur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
221 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...